Ceyhun Bayramov: “Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir”

“Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüşündə deyib.

Görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.

Nazir Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini bildirib. C.Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Fransa tərəfinin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]