Elektromobil körpənin nəfəsini hiss edəcək

“Volvo”unn flaqman modeli EX90 elektrik krossoverində daha bir təhlükəsizlik sistemi – avtomobildə qalan uşaqlar və heyvanları izləyəcək salon radarı quraşdırılacaq.

Sensor submillimetr səviyyəsində işləyəcək və yuxuda olan körpənin nəfəs aldığından əmin olmaq üçün onun sinəsinin qalxıb-enməsini qeydə alacaq.

Sistem standart olaraq bütün EX90-larda tətbiq ediləcək. Lakin o, yalnız 60 GHz tezliyinin kommersiya istifadəsinə icazə verilən ölkələrdə işləyəcək. Bundan əlavə, elektromobil səkkiz kamera, beş radar və 16 ultrasəs sensoru ilə təchiz ediləcək.

Xatırladaq ki, EX90 elektrik krossoveri XC90 modelini əvəz edəcək. O, rəsmən noyabrın 9-da təqdim olunacaq.

Mənbə: motor.ru

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]