ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Amerika Birləşmiş Ştatları Ukrayna ərazilərinin ilhaqına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, siyahılara biznes nümayəndələri, Rusiya hərbçiləri və siyasətçiləri daxil edilib.

Bildirilir ki, Rusiyanın hərbi-sənaye kompleksinin 14 nümayəndəsi, o cümlədən beynəlxalq təchizatçılar, maliyyə infrastrukturunun 3 əsas rəhbəri, bəzi məmurların qohumları və Rusiya qanunverici orqanının 278 üzvü sanksiyaya məruz qalıb.

“Putin Ukraynanın bəzi hissələrini ilhaq etməyə çalışsa da, biz dayanmayacağıq. Maliyyə Nazirliyi və ABŞ hökuməti bu gün Rusiyanın onsuz da deqradasiyaya uğramış hərbi sənaye kompleksini daha da zəiflətmək və onun qeyri-qanuni müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün radikal addımlar atmaqdadır”, – xəzinədarlıq katibi Janet Ellen bildirib.

Bundan əlavə, Böyük Britaniya kökuməti də Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya qarşı sanksiyalar tətbiq edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]