VİDADİ İSAYEVİN ADAMI BAYRAĞIMIZI TƏHQİR ETDİ – VİDEO

Sosial şəbəkələrdə üçrəngli bayrağımızın təhqir olunması videosu yayılıb. TİA. Az məlumat verir ki, bir nəfər şəxs obyektə daxil olaraq dövlət bayrağımızı qapıdan əski parçası kimi qoparıb masanın üzərinə tullayıb gedir. Bunu edən şəxsin kimliyi açıqlanmır. Lakin hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb ki, deyilənə görə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşıdır. Əgər iddia təsdiqini taparsa, həmin dövlət məmuru barəsində xüsusi xidmət orqanları araşdırma apara və bayrağımıza nifrət etməsinin səbəbini dəqiqləşdirə bilərlər. Hər halda adı keçdiyi üçün Bərdə İH aydınlıq gətirməlidir.

TİA. Az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]