Mətin Hüseynov: “Palmali” ailəsinin şəhid adını daşıyan daha bir tankeri dünya sularında 

Bugündən etibarən “Palmali” ailəsində Vətən müharibəsində canından keçmiş daha bir igidimizin adını daşıyan tankerlə dünya sularında təmsil olunacaq. Şəhid Mətin Ramiz oğlu Hüseynovun adını daşıyan neft tankerin uzunluğu 140 metr, 17 m genişliyində olan tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir.

“Palmali” şirkətinin prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə İstanbula gələn şəhidimizin valideynləri əvvəlcə şirkətin baş ofisində “Palmali Holding”in rəhbəri Mübariz Mənsimovla və şirkətin CEO-su Səbahəddin Su tərəfindən qəbul ediliblər. Mətin Hüseynovun qəhrəmanlığından söz açan Mübariz Mənsimov bildirib ki, “Palmali” şirkəti bütün şəhidlərimizin adlarını əbədiləşdirmək məqsədilə bundan sonra da fəaliyyətlərini davam etdirəcək. Daha sonra Mübariz Mənsimov şəhid Mətin Hüseynovun valideynlərinə və ailənin digər üzvlərinə qızıldan hazırlanmış xüsusi medalyonları təqdim edib. Şəhidlərimizin adlarını dünyada tanıtmaq istiqamətində gördüyü işlərə görə dərin təşəkkürlərini bildirən Hüseynovlar ailəsi isə
Mübariz Mənsimova Naxçıvan duzundan hazırlanmış Mömünə Xatunun məqbərəsini hədiyyə etdilər.

“Mətinlə fəxr edir, onunla qürur duyuram. Hər zaman başımı uça edib. 42 gün döyüşdü. Şuşa ətrafında gedən sonuncu döyüşdə şəhid oldu. Bütün yarımcıq qaldı. Birindən başqa… Onun bütöv Vətən arzusu bugün reallıqdır. Allah Mübariz bəydən razı olsun, ömrü uzun olsun. Onun sayəsində balamın adı bundan sonra bütün dünyada yaşayacaq, onu hər bir limanda tanıyacaqlar. Şəhidlərimiz tarix yazdılar” – deyə şəhid Mətin Hüseynovun anası Zümrüd xanım bildirdi.

Valideynləri tankerlə tanış edən, Mətin Hüseynovun adına təşkil olunmuş xatirə otağını göstərən gəmi kapitanı, I Qarabağ müharibəsinin iştirakçısı, qazi Mobil Həsənov deyib ki, bütün şəhidlərimizin adları uca tutulduğu kimi qəhrəmanımız Mətin Hüseynovun adı da dünyanın bütün ölkələrində tanıdılacaq və təbliğ ediləcək. Gəmi kapitanı vurğulayıb ki, tankerin şəhidimizin adını daşıması bütün heyətin məsuliyyətini daha da artırır və bu səbəbdən bu adı layiqincə təmsil etmək üçün hər bir heyət üzvü əlindən gələni edəcək.

Valideynlər gəmini gəzərək burada şəhid Mətin Hüseynovun xatirəsinə təşkil olunmuş otağa baxıblar. Gördüklərindən kövrələn Mətin Hüseynovun ata və ana bildiriblər ki, bütün şəhidlər kimi onların övladları da çox mərd olub, hətta savaşlarda olduğu halda belə əsl yerini ata-anasına demirmiş. Anası Zümrüd xanım onu da deyib ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Mətin Hüseynovun olduğu qrupdakı bütün dostları II Qarabağ müharibəsində şəhid olub. Onun sözlərinə görə, sosial şəbəkədə, mediada oğlu haqqında kiçik bir xəbər görəndə belə sevinclərinin həddi-hüdudu olmur. Ona görə övladları Mətin Hüseynovun adınının tankerə verilməsi xəbəri valideynlər üçün gözlənilməz olmaqla bərabər, bundan sonra yaşamaları üçün böyük stimul verib. Valideynlər həmçinin vurğulayıblar ki, Mətin Hüseynov hətta hərbçi olmasa idi belə müharibəyə gedəcəkdi, çünki övladları çox vətənpərvər idi.

Vurğulamaq lazımdır ki, tədbirdə “Palmali” şirkətinin sponsorluq etdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin şagirdləri də iştirak ediblər.

Qeyd edək ki, Mətin Ramiz oğlu Hüseynov 27 oktyabr 1997-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub. İlkin təhsilini 2004-cü ildə şəhid Surxay Rzayev adına Düylün kənd orta məktəbində alıb, 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olub. Oxuduğu müddət

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]