QHT Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi layihəsi icra olunacaq

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” ictimai birliyi tərəfindən həyata keçirilən Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi adlı layihə 15 sentyabr – 15 noyabr 2022-ci il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq.

Layihənin ideyası odur ki, 1990-cı ilin 19-da 20-nə keçən müdhiş gecə zamanı şəhid olmuş iki nəfərin və onların birinci Qarabağ müharibəsində şəhid olmuş övladlarının yeni nəsillərə qoyduqları miras 2020-ci ildə Azərbaycana ikinci Qarabağ müharibəsində zəfər qazandıran həlledici amillərdən biri oldu. Bu miras Şəhidlik zirvəsidir. Bu zirvəyə çatmaq, başqa sözlə, Azərbaycan uğrunda şüurlu şəkildə canından keçmək vətənpərvərliyin ən uca nöqtəsidir. Əsas məqsədlərdən biri bu konsepsiyanı yenə nəsillərə çatdırmaq, şəhidliyin milli-mənəvi dəyər olaraq əhəmiyyətini izah etmək və onun dəyərlər sistemindəki yerini daha da möhkəmləndirməkdir.

Layihədə məqsəd Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş 20 yanvar şəhidlərini və onların birinci Qarabağ müharibəsində şəhid övladlarının həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin daha artmasına, şəhidlik dəyərinin düzgün başa düşülməsi və dəyərlər sistemimizdə yerinin daha da möhkəmlənməsinə, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaqdır.

“Şəhidlik zirvəsi” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması və müsahibələrin alınması məqsədilə çəkiliş qrupu formalaşdırılıb, mövzu üzrə olan respondentlərdən müsahibələr alınacaq. Toplanmış materiallar əsasında “Şəhidlik zirvəsi” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq, sonra isə ssenari redaktə üçün filmin redaktoru tərəfindən redaktə ediləcək, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, zənginləşdiriləcək. Bundan sonra ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək. “Şəhidlik zirvəsi”” sənədli filminin azərbaycan dilində olan versiyası hazırlanaraq müvafiq ekspert rəyi alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Şəhidlik zirvəsi” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək. Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək.
Bu layihədən gözlənilən əsas nəticə ondan ibarətdir ki, təqdim edəcəyimiz sənədli film gənc nəslin nümayəndələrində milli şüur və milli məfkurənin formalaşmasında, şəhidliyin milli-mənəvi dəyər olaraq mənəvi dəyərlər sistemimizdə və milli dövlətçiliyimizin qorunub-saxlanması və güclənməsində yeri və rolunu izah edəcək, onlarda vətənə, xalqa və dövlətə sədaqəti və məhəbbəti daha da gücləndirəcək. Layihə həmçinin 30 ilə yaxın davam edən işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar veriləcək ki, bu məlumatların gənclərimiz tərəfindən mənimsənilməsi mütləqdir. Bu layihənin icrasının əsas nəticələrindən biri də məhz budur. Layihənin qiymətləndirmə meyarlarına gəldikdə, vurğulamaq lazımdır ki, layihənin icrası ilə bağlı görülən bütün işlər və fəaliyyətlər mütləq şəkildə qeyd olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]