“Bu layihə 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq” – Nazir

Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

“Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdır. Hazırda rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq”, – M.Cabbarov deyib.

Nazir qeyd edib ki, Sənaye Parkının ilk rezidenti KAMAZ Lizinq Azərbaycan isə artıq tikinti işlərinə başlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]