Qazaxıstan barıt anbarında partlayış – 4 ÖLÜ

Qazaxıstanın şimalında yerləşən Kostanay şəhərində silah anbarında dövriyyə qaydalarının pozulması səbəbindən barıt anbarı partlayıb.

Aktualtv.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, ümumilikdə 11 nəfər yaralanıb.

“İstintaq müəyyən edib ki, hadisə baş verən ərəfədə mağazanın rəhbəri barıt satmağa icazə alaraq, sonradan qablaşdırılıb satış üçün Qaraqanda vilayətində “Sokol” markalı 40 kiloqram barıt alıb. Bu barıt təhlükəli yüklərin daşınması qaydalarını pozaraq 36 dərəcə hava istiliyində Kostanaya aparılıb və partlayış baş verən mağazanın zirzəmisində anbara yerləşdirilib”, – Qazaxıstan Prokurorluğundan bildirilib.

Partlayış nəticəsində binada başlayan yanğın qonşu ticarət obyektlərinə və fərdi yaşayış evlərinə qismən təsir edib. Hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]