Şok xəritə: Rusiya bir gündə bütün vilayəti itirdi

Rusiya Müdafiə Nazirliyi gündəlik brifinq zamanı Ukraynada döyüş əməliyyatları ilə bağlı xəritələri nümayiş etdirib. Xəritələrdə rus ordusunun Xersonda gün ərzində 30 km geri çəkildiyi aydın olur.

Bu barədə “Meduza” agentliyi məlumat yayıb.

Belə ki, rus qoşunları 4 oktyabrda Xarkov vilayətindən demək olar ki, çıxıb, Xersonda isə geri çəkilib.

Xəritəyə əsasən, Xarkovda Rusiyanın əlində yalnız Dvureçnoye kimi kiçik qəsəbə qalmaqdadır.

Qeyd edək ki, Rusiya MN ötən gün bütün Xarkovun nəzarətlərində olduğunu açıqlamışdı.

Bununla da belə qənaətə gəlmək mümkündür ki, 3-4 oktyabr tarixləri ərazində Ukrayna ordusu Rusiyanın nəzarətində olan ərazilərdən üçdə ikisini azad edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]