Səfərbərlik Xidmətinin binası ilə bağlı hərəkətə keçildi

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Səbail rayonunda yerləşən binasının fasadında etdiyi qeyri-qanuni müdaxilələrlə bağlı xəbərdarlıq edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirib ki, artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy verilməsi işinə başlanılıb:

“Dünən məlumat vermişdim ki, Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir-bərpa işləri aparılır.

“Tarix-mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilən xəbərdarlıqdan sonra həmin binada yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılması üçün təqdim olunub”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]