Bakıda “İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü” keçirilib – FOTO

Oktyabr ayının 5-də Nizami Kino Mərkəzində Azərbaycan Maarifçilər Assosiasiyası və Tutorlab-ın  birgə təşkilatçılığı və Sağlam Ailə Tibb Mərkəzi, “Azprint” poliqrafiyası,”Gənc Kinomatoqraflar Birliyi”nin tərəfdaşlığı ilə “İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü” keçirilib. Görüşə Respublikanın 20-dən çox şəhər və rayonlarından 500-ə yaxın innovativ maarifçi və müəllim iştirak edib.

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil edilən və iki hissədən ibarət olan tədbirin ilk hissəsində müəllimlər üçün şəbəkələşməsi və əməkdaşlığı baş tutub. Müxtəlif regionlardan olan və qiyabi tanış olan 500-ə yaxın maarifçi müəllim tədbir zamanı əyanı tanış olmaq imkanı qazandılar.

Tədbirin ikinci hissəsində Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov və Assosiasiyanın baş katibi Turanə Zeynalova giriş sözü ilə tədbiri açıq elan edib gələn qonaqları təbrik etdilər. Ardından Tutorlab-ın təsisçiləri  Azad Manaflı və Elmir Zahidli Tutorlab layihəsi haqqında məlumat verdilər. “Sağlam Ailə” Tibb Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmli, Elm və təhsil nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov çıxış edərək tədbirə toplaşan maarifçiləri bayram günü münasibəti ilə təbrik etdilər. Daha sonra Tutorlab layihəsində sentyabr ayı ərzində fərqlənən 3 innovativ maarifçi müəllimi mükafatlandırıldı.

Tədbirin sonunda isə “İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü”nə gələn maarifçilər birlikdə kəndə işləməyə gedən müəllim haqqında olan “Möcüzə” bədii filmini izlədilər.

Növbəti şəbəkələşmə görüşlərinin regionlarda keçirilməsi planlaşdırılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]