Prezidentin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər ediblər.

Prezidentlərin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu olub. Belə ki, İlham Əliyev jurnalistin təmsil etdiyi media orqanının adını eşidərkən zarafatla “Bunlar “SOROS”çulardır. Tanımıram sizi. “SOROS”a salam söylə bizdən. “SOROS”a de ki, biz burada da qardaşıq” deyib. 

İlham Əliyev daha sonra jurnalistin suallarını cavablandırıb. 

Jurnalistin “Nikol Paşinyan deyir ki, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır” sualına Prezidentin cavabı belə olub: 

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]