Ərdoğan və Paşinyan arasında görüş münasibətlərin normallaşmasına kömək edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktaybrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək və onunla iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə edəcək. Bu, onların ilk üzbəüz görüşü olacaq.

Bu barədə “TASS”a Ankaranın diplomatik dairələrindəki mənbə bildirib.

“Üzbəüz görüşlər həmişə telefon danışıqlarından daha məhsuldar olur. Bu, Türkiyə prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən danışıqlara tamamilə aiddir. Praqada həm Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, – deyə qeyd olunub. //Trend//

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]