Kadırov “DXR Qəhrəmanı” adına layiq görüldü

Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin Qroznıda keçirilən mərasimdə Çeçenistan rəhbəri Ramzan Kadırova “DXR Qəhrəmanı” adı verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“DXR-nin azadlığı, müstəqilliyi və firavanlığı naminə qəhrəmanlıq göstərməsi ilə bağlı Donetsk Xalq Respublikası və onun xalqı qarşısında xidmətlərinə görə Kadırov Ramzan Axmatoviçə Donetsk Xalq Respublikasının Qəhrəmanı adı verilsin,”, – deyə Puşlin bildirib. 

Bundan əlavə, Çeçenistan rəhbəri “Mariupolun azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən Rusiya Qvardiyasının general-polkovniki rütbəsi alıb. 46 yaşlı Çeçenistanın rəhbəri həm də Rusiya Federasiyasının Qəhrəmanı adına və bir çox başqa mükafatlara malikdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]