Azərbaycan, Ermənistan və Rusiya parlament formatında görüşə bilər

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə regional təhlükəsizlik məsələlərinin parlament formatında müzakirəsi təklifini dəstəkləyib.

Bu barədə Dumanın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib

“Görüşdə Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib”, – deyə məlumatda qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]