Bolton Putini hədələdi: – “O, bizim hədəf siyahımızdadır”

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə edəcəyi təqdirdə öz əli ilə intihar məktubunu yazacaq.

Aktualtv.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, bu barədə CBS News-a müsahibəsində bildirib.

“Düşünürəm ki, biz bunu təkcə Putinə deyil, həm də Rusiya rəhbərliyinə, ruslara açıq şəkildə bildirməliyik: əgər Putin nüvə silahından istifadəyə icazə verərsə, o, intihar məktubunu yazacaq”, – Bolton deyib.

Bolton qeyd edib ki, Putin artıq “hədəf siyahısında”dır, çünki Rusiyada əsas qərar qəbuletmə mərkəzidir.

“Putin Rusiya silahlı qüvvələrinə komandanlıq edir. Bu baxımdan o, qanuni hərbi hədəfdir”, deyə o vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]