Rusiya Krım körpüsünə görə Ukraynadan intiqam alacaq

Rusiya Ukraynanın Krım körpüsünə qarşı terror hücumuna yalnız terrorçuları birbaşa məhv etməklə cavab verməlidir.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Rusiyanın bu cinayətə cavabı yalnız terrorçuların birbaşa məhvi ola bilər. Necə ki, dünyada adətdir. Rusiya vətəndaşları da bunu gözləyir”, – Medvedev deyib.

Onun sözlərinə görə, cinayətin sifarişçisi və icraçısı uğursuz Ukrayna dövlətidir: “Bu, cinayətkar Kiyev rejimi tərəfindən törədilən terror aktı və təxribatdır. Heç bir şübhə yoxdur və olmayıb. Bütün hesabatlar və nəticələr çıxarılıb”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]