Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınan daha bir yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

Aktualtv.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Əjdər Abdullayev Komitənin Növbətçi Hissələri İdarəetməsi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Abdullayev Əjdər Alı oğlu 1998-ci ildən indiyədək Gömrük Komitəsində inspektor, Növbətçi Hissənin rəisi işləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]