“Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur” – Prezident

“Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə, bizim qarşılıqlı maraqlarımıza xidmət edib və edir. Onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır”.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

“Qırğız-Azərbaycan İnkişaf Fondunun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir. Əlbəttə, biz ilk dəfə olaraq, Dövlətlərarası Şuranın iclasını keçiririk. Münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul olunmasına, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq”, – deyə dövlət başçısı qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]