Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar – Prezident

Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar.

Bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.

Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Bakıda, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparılıb.

“Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir”, – Prezident İlham Əliyev vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]