G7-nin növbədənkənar iclası baş tutdu

Ukraynadakı obyektlərə kütləvi zərbələrin endirilməsinin nəticələrini müzakirə etmək üçün G7 ölkələrinin liderlərinin videobağlantı formatında fövqəladə iclası başlayıb.

Videokonfransda G7 nümayəndələri ilk növbədə Ukraynada son eskalasiyanın nəticələri məsələsinə baxacaqlar.

İclas iştirakçıları həmçinin enerji sektoru və enerji qiymətləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

Bildirilir ki, iclasa Ukrayna Prezidenti Vladimir Zelenski də qatılacaq.

***

G7 ölkələrinin başçıları görüş zamanı Ukraynaya lazım olan müddətdə dəstəyi davam etdirəcəklərinə söz veriblər.

Bu barədə “Blumberq” məlumat yayıb.

“Biz maliyyə, humanitar, hərbi, diplomatik və hüquqi dəstək verməyə davam edəcəyik və lazım olduğu müddətdə Ukraynanın yanında möhkəm dayanacağıq”, – ABŞ, Almaniya, Yaponiya, Fransa, İtaliya, Kanada və Böyük Britaniya liderləri bəyan ediblər.

Onlar həmçinin Rusiyaya əlavə iqtisadi məhdudiyyətlərin tətbiq ediləcəyini vəd edib və Ukraynanın hərbi və müdafiə texnikasına olan təcili ehtiyaclarını ödəmək üçün səyləri əlaqələndirəcəklərini bildiriblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]