Əhədpurun Azərbaycandakı məşhur şirkəti ödəmələrdən yayınıb

Azərbaycanda kürü və balıq məhuslları istehsalı üzrə tanınan “Caspian Fish Co Azerbaijan” MMC məhkəməlik olub.

Şirkət barəsində İnzibati Xətalar Məcələssinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Şirkət az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təstiqini taparsa, bu zaman “Caspian Fish”i inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, işə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası oktyabrın 26-na təyin olunub.

Əlavə edək ki, “Caspian Fish” şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Şirkətin prezidentinin iranlı iş adamı Manuçehr Əhədpur Xangah olduğu bildirilir. //“Qafqazinfo”//

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]