“Qarabağ”ın oyununa 300 bilet qalıb

Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçı üçün cəmi 300 bilet qalıb.

Klubdan erilən məlumata görə, həmin biletlər oktyabrın 13-də – oyun günü satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan və müvafiq satış məntəqələrindən almaq mümkündür. Bu biletlər üçün onlayn satış həyata keçirilməyəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]