Prezident Anarın oğluna yeni vəzifə verdi

Prezident İlham Əliyev Tural Rzayevlə bağlı Sərəncam imzalayıb.

Sərəncamla Tural Anar oğlu Rzayev Azərbaycanın Misir və eyni zamanda Sudandakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə T. Rzayev Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, yeni təyinat alan T. Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin oğludur. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]