“Bu, xalqın “Qızıl top”udur” – Benzema

“Bu, uşaqlıq arzum idi. Mən bunu düşünərək böyümüşəm”.

Bunu “Qızıl top”un qalibi Kərim Benzema mükafatı alarkən deyib.

Fransa millisinin və “Real”ın forvardı fikrinə belə davam edib:

“Həyatda iki kumirim olub – Ronaldo (Nazario) və Zidan. Mən heç vaxt qollarımı aşağı salmamışam və xəyalımı beynimdə saxlamışam. Elə dövr olub ki, millidə yox idim, amma qollarımı aşağı salmayıb işləyirdim. Çətin oldu və bu, məni yalnız zehni səviyyədə gücləndirdi. İşimdən razıyam və çox xoşbəxtəm. “Real”dakı və millidəki komanda yoldaşlarıma təşəkkür edirəm. O cümlədən də, mənim ailəmin bir üzvü olan “Real”ın böyük prezidentinə. Həmçinin Lyon akademiyası və prezidenti Aulas sayəsində “Real”da oynamaq arzumu həyata keçirdim. Bu, xalqın “Qızıl topu”dur. Bu, siyasi mesaj deyil, mənşəyimə görədir. Onlar mənə incə anlarda kömək etdilər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]