Ərdoğanın səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Aktualtv.az xəbər verir ki, Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, Zəngilanda “Dost Aqropark”ın açılış mərasiminə qatılacaq.

Eyni zamanda, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.

Bundan sonra Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcək, birgə mətbuat konfransında çıxış edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]