“Belə hava limanı inşa etmək hər ölkənin bacaracağı iş deyil” – Ərdoğan

“Əziz qardaşım, sizi ürəkdən salamlayıram. Can Azərbaycanın iki gün əvvəl bayram etdiyi Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edirəm”.

Bunu bu gün Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək görüşdən sonra keçirilən mətbuat konfransında 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O bildirib ki, belə hava limanını inşa etmək hər ölkənin bacaracağı iş deyil.

ATƏT və digər beynəlxalq təşkilatların Ermənistanın törətdiyi vəhşilikləri görməzdən gəldiklərini söyləyən Türkiyə Prezidenti deyib ki, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın iddia irəli sürməsi lazımdır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələr yenidən qurulur, yenidən bir Azərbaycan inşa edilir. Biz bunları bu gün yaşayırıq, duyaraq deyil, görərək bunları bildiririk. Azərbaycan adətən küllərindən doğaraq yenidən ayağa qalxır. Bu hava limanları Qarabağın azad edilməsindən sonra Qarabağın çiçəklənməsinin bir göstəricisidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]