Laçında minaya düşən şəxs xəstəxanada öldü

Oktyabrın 21-i Laçının Suarası kəndi ərazisində minaya düşən şəxslərin biri vəfat edib.

Aktualtv.az xəbər verir k, təmir-tikinti işləri aparan zaman minaya düşən 1977-ci il təvəllüdlü Elsevər Sovet oğlu Həmidov müalicə aldığı xəstəxanada tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, hadisə minadan təmizlənməmiş ərazidə qeydə alınıb. E.Həmidovla yanaşı həmkəndlisi Səbuhi Həsənov da minaya düşüb.

Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]