Ərdoğan Azərbaycana səfərindən DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra mətbuata verdiyi açıqlama zamanı Azərbaycana səfərindən danışıb.

O, ötən həftə Zəngilan hava limanının açılışında iştirak etdiyini xatırladıb.

Ərdoğan Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan əlaqələrinin yeni dövrə qədəm qoyduğunu bildirib.

“Füzuli və Zəngilan hava limanlarına regionun inkişafı üçün strateji addım kimi baxırıq. Regiona canlılıq gətirəcək daha bir addım minaları təmizləmək üçün layihəmizi sürətləndirmək qərarıdır. Biz təkcə Bakıda Maarif Vəqfi məktəblərinin rəsmi açılış mərasimini keçirmədik, həmçinin Azərbaycan-Türkiyə Universitetinin təməlinin qoyulması mərhələsinə gəldik. Bütün bu inkişafları qiymətləndirməmək olmaz və bunların hamısının arxasında güclü siyasi iradə və nəticə əldə etmək əzmi dayanır”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]