“Aztelekom”un baş direktorunun müavini işdən çıxarılıb – ÖZƏL

“Aztelekom” MMC-də kadr dəyişikliyi olub.

Aktualtv.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Baş direktorunun müavini Elman Həsənov vəzifəsindən azad edilib.

Məlumatı “Aztelekom” MMC-nin mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər.

Qurumdan bildirilib ki, E.Həsənov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxilində başqa vəzifəyə təyinatı ilə əlaqədar olaraq 21.10.2022-ci il tarixindən etibarən “Aztelekom” MMC-dəki fəaliyyətini dayandırıb. 

Elman Həsənov peşəkar fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində Baş direktorun müavini olaraq davam etdirəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]