Ukrayna Xerson vilayətində indiyədək 90-dan çox yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 90-dan çox yaşayış məntəqəsini azad edib.

Bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat verib.

Bildirilib ki, hazırda Ukraynanın azad edilmiş ərazilərdə vəziyyətin sabitləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

“Cənub” Əməliyyat Komandanlığı məlumat verib ki, azad edilmiş yaşayış məntəqələrində 12 minə yaxın insanın yaşayır.

Xatırladaq ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirmişdi ki, bu ölkənin Silahlı Qüvvələri ilin sonuna qədər Xerson vilayətini tamamilə azad edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]