Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri: “Krım körpüsü bir simvoldur və dağıdılacaq”

“Krım Ukraynaya qayıdandan sonra Kerç körpüsü mövcud olmayacaq”.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

Ölkənin baş kəşfiyyatçısından Krım körpüsündə nələrin baş verdiyi soruşulub. Budanov bu suala birbaşa cavab verməkdən yayınıb.  

“Cavab vermək üçün çətin sualdır. Yaxşısı budur, bu barədə başqa vaxt danışaq. Yalnız onu deyə bilərəm ki, Krım körpüsü çox ciddi dağıntılara məruz qalıb. Bu körpü “Rusiya dünyası”nın simvollarından biridir. “Moskva” kreyseri dənizin dibinə getdi, həmçinin faktiki olaraq Krım körpüsü də. Bunlar hamısı bu rejimin sonuna o qədər də çox qalmadığını göstərən əlamətlərdir”, – deyə Budanov qeyd edib.

Mənbə: UNİAN

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]