“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi daha bir layihəni uğurla icra etdi

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə-bir ailənin sorağında…” adlı sənədli filmin hazırlanması mövzusunda layihəni uğurla icra etdi. Layihə çərçivəsində “Müharibə-bir ailənin sorağında…” adlı sənədli film hazırlanmışdır. Filim Xankəndi şəhərindən olan Vətənimizin bütövlüyü uğrunda birinci Qarabağ savaşında və Vətən müharibəsi zamanı erməni işğalçıları ilə döyüşlərdə fərqlənən Nəsirovlar ailəsinin, yəni Birinci Qarabağ döyüşçüləri Nəsirov Ramiz Kamal oğlu, Nəsirov Kamran Kamal oğlu, Nəsirov Əli Kamal oğlu, Nəsirov Akif Kamal oğlu, Birinci Qarabağ şəhidləri Nəsirov Zahir Rafiq oğlu, Mirzəyev Araz Cavanşir oğlu, Şahverdiyev Azər Məmməd oğlu, Məmmədov Yaşar Yusif oğlu və Vətən müharibəsi şəhidi Nəsirov Xəqani Kamran oğlunun həyatından və onların döyüş yolundan bəhs edir.

25 oktyabr 2022-ci il tarixdə Goranboy rayonun Ağcakənd qəsəbəsində keçirilən “Müharibə-bir ailənin sorağında…” adlı sənədli filmin təqdimatı keçirildi. Filmin təqdimatında şəhid ailələri, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri, QHT rəhbərləri və rayon ziyalıları iştirak etmişlər.

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi onu da qeyd etmişdir ki, “Müharibə-bir ailənin sorağında…” adlı sənədli film sosial şəbəkələrdə də yayımlanacaqdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]