Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər? – AÇIQLAMA

Məktəblilərin ödənişsiz nəqliyyatda gediş gəlişi mümkündürmü? 

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mövzu ilə bağlı “Xəbər Ertəsi”nə açıqlama verib.

M. Ağayev bildirib ki, gediş haqqı və güzəştlərin tətbiq olunması agentliyin səlahiyyətində deyil. 

“Agentlik sadəcə bu istiqamətdə qəbul olunan qərarları icra edən qurumdur. Əgər müvafiq qurumlar tərəfindən belə bir qərara verilərsə, onun icrasının təmin olunması üçün addımlar atılacaq”.

Aparıcının BNA olaraq belə məsələni müvafiq qurumlar qarşısında qaldırmaq ehtimalı ilə bağlı sualın üzərindən isə sükutla keçilib. 

Qeyd edək ki, Bakubus avtobuslarında 6 yaşdan yuxarı uşaqların ictimai nəqliyyatdan ödənişli istifadəsi etməsi haqda xüsusi lövhələr quraşdırılıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]