Mübariz Mənsimov daha 6 yeni gəmi aldı

Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali Holding” daha 6 gəmi alaraq, öz donanmasının sıralarını genişləndirib.


Mübariz Mənsimovun göstərişinə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda şəhid olmuş hərbçilərin adlarını daşıyacaq yeni gəmilər yaxın vaxtlarda İstanbul limanlarına gətiriləcək və adları dəyişdiriləndən sonra yeni səfərlərinə çıxacaq. Gəmilər quru yük və neft daşımalarında istifadə olunacaq.
Qeyd edək ki, bir neçə gün sonra “Palmali”nin daha bir tankerinə 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş, Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun adının verilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək. Xatırladaq ki, 2 sentyabrda 44 gün davam edən Vətən müharibəsi zamanı qəhrəmanlığı və şücaəti ilə seçilən, Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan mayor Malik Əliyevin adını daşıyan tanker ilk yükünü almaq məqsədilə Rumıniyanın Konstansa şəhərinə yola salınıb. Sentyabrın 30-dan etibarən isə, “Palmali” ailəsi Vətən müharibəsində canından keçmiş daha bir igidimizin – Mətin Ramiz oğlu Hüseynovuun adını daşıyan tankerlə dünya sularında təmsil olunir. Tədbirdə şəhidin valideynləri də iştirak ediblər.
Mübariz Mənsimov “Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adlarının veriləcəyini bəyan edib. Bu təşəbbüsün reallaşdırılması nəticəsində indiyə qədər “Palmali” tankerlərinə Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovla Mübariz İbrahimovun, o cümlədən və Vətən müharibəsinin qəhrəman şəhidləri Adil İbrahimlinin, Xudayar Yusifzadənin, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram Məmmədzadələr qardaşlarının adları verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]