Binəli Yıldırım qəzadan sonra ilk dəfə açıqlama verdi

“Bütün tibb heyətinə, o cümlədən Türkiyə Səhiyyə Nazirliyinə səhhətimin normallaşmasında göstərdiyi xidmətlərinə təşəkkür edirəm”.

Bunu Azərbaycanda səfərdə olarkən yol qəzasına düşmüş Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib.

“Qəzadan sonra ağır əməliyyatlar keçirdim. Həmçinin körpücük sümüyüm zədələnib. Müalicəmizin davam etməsində xeyli insanın zəhməti var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram”.

B.Yıldırım söyləyib ki, bundan sonra müalicə ev şəraitində davam edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]