“Jurnalist sualı təxribat məqsədilə verirdi” – Çingiz Abdullayev

“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm?”

Bunu sosial şəbəkə hesabında Xalq yazçısı Çingiz Abdullayev yazıb.

“Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”, – deyə Ç.Abdullayev paylaşımında bildirib.

Xatırladaq ki, Xalq yazçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalisti təhqir etdiyi üçün tənqid olunur. O, jurnalistin qurultay üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə sualına cavabında “utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!” deyə reaksiya verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]