“Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı TV -nın və Web-saytın yaradılması” layihəsi davam edir

Əsgər Ailələrinə Dəstək ictimai birliyi  layihəni bölgələrdə icra etdi.

Əsgər Ailələrinə Dəstək ictimai birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin  təşkili: TV -nın və Web-saytın  yaradılması” layihəsini icra edir.

 Layihənin icra müddəti  1sentyabr-1 dekabr tarixlərdir. 

Layihə Bakı şəhəri, Göranboy rayonu, Ağcakənd qəsəbəsində icra olunacaq.

Layihədə şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsindən, maarifləndirilməsindən, dövlətin həssas qruplarla bağlı verdiyi sərəncam və fərmanların təbliğindən  bəhs ediləcək.

 “YeniZamanTV” , Web-sayt, youtube kanalı və facebook səhifəsi üzərində yaradılması ilə  boşluqları doldurmağı hədəfləyən layihə icraçıları saytla bağlı fikirlərini öyrənmək üçün  qazilərlə görüş keçirdi. Artıq  Əsgər Ailələrinə Dəstək ictimai birliyi  şəffaflıq və hesabatlılıq üçün layihəni sosial şəbəkədə canlı yayımda icra edir.

Qazilərlə görüşdən sonra Əsgər Ailələrinə Dəstək ictimai birliyi   Goranboy rayonunda Ağdam, Xocalı. Xankəndi, Laçın, Kəlbəcər rayonundan olan əhali qrupu ilə görüşdü. Əsasən şəhid ailələri, qazilər və qazi valideynləri toplaşan tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər. 

Layihə barədə geniş məlumat verən təşkilat rəhbəri Mətanət Əsgərqızı QHT-lərə Dövlət Dəstəyi Agentliyinə etimad göstərib bu layihəni dəstəklədiyinə görə minnətdarlığını bildirdi. 

“Bir çox hallarda şəhid ailələri və qazilərin haqlarının tapdandığının şahidi oluruq” deyən təşkilat  rəhbəri “məhz belə layihələr vasitəsi ilə həssas qruplara dəstək olunacaq” fikrini səsləndirdi.

 Görüş iştirakçıları bir sıra problemlərin həlli üçün kömək istədilər. 

Bu məsələlər əsasən mənzil şəraitinin yaxşılaşdırılması,işlə təminat, əlilliyin təyinatı, maşın məsələsi, kirayədə qalan qazi ailəsinin evlə təminatı, Sosial yardım məsələsi və s. oldu. 

Təşkilat sədri qeyd etdi ki, bu layihədə könüllü hüquqşunasımız var. Elə bu tədbirdə də iştirak edir.

 O da, mən də səsləndirdiyiniz bütün fikirləri qeyd etmişik. Mütləq bu məsələlərlə məşğul olacağıq. 

 Daha sonra tədbir iştirakçılarından Əzizova Nərgiz, Məmmədova Məkan,Hüseynova Ziyafət, Allahverdiyeva Aidə,Əhmədova Pərvanə, Nəsirova Sənubər, Hüseynov Aleksandr, Hüseynov Əlövsət,Zeynalova Şövkət çıxışlarında həssas qruplara diqqət yetirdiklərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Bu layihə çərçivəsində onlara dəstək olunacağına inandıqlarını qeyd etdilər. Xüsusi vurğuladılar ki,bu 30 ildə onlarla belə görüş ilk dəfədir keçirilir. 

Layihə rəhbəri Mətanət Əsgərqızı qeyd etdi ki, belə layihələr həm də dövlətin həssas qruplara qayğısıdır. 

Bakıya qayıdıb mütləq aidiyyəti qurumlarla görüşəcək, müraciətlər ünvanlayacaq. 

Tədbirin yekununda çay süfrəsi arxasında söhbətlər davam etdirildi. Xatirə olaraq tədbirdə foto-video çəkildi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]