SOCAR-dan “Happy Yusifzadeh” ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının tərcümə zamanı rəsmi saytda “Happy Yusifzadeh” kimi qeyd edilib. 

Məsələyə SOCAR münasibət bildirib. Qurumun rəsmi feysbuk səhifəsində edilən paylaşımda qeyd olunur ki, görüntünün şirkətlə heç bir bağlılığı yoxdur: “Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır.

Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur.

Sosial şəbəkələrdə paylaşılan şəkil (screenshot) isə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimiz ilə heç bir aidiyyəti yoxdur”, – deyə məlumatda qeyd olunub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]