“GAN” ictimai birliyi narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim təşkil edib

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən təlimdə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu təlim keçirib

Təlimdə giriş sözü ilə açan “Gənclərin Anti-Narkomaniya” ictimai birliyindən  Büllur Məmmədova bildirdi ki, görüşün əsas məqsədi  Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə yeni gəncləri cəlb etməkdir. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib.

Təlimdə İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” bukletlər “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]