Daha bir məşhur şirkət Rusiyanı TƏRK EDİR

Çinin “Huawei” şirkəti smartfonların Rusiyaya birbaşa çatdırılmasını tamamilə dayandırıb. 

Aktualtv.az  xəbər verir ki, bu barədə bazar ertəsi “İzvestiya” qəzeti şirkətdə işləyən mənbəyə istinadən yazıb.

Məlumata görə, şirkət Rusiya bazarını tərk edə bilər.

“Huawei” həmçinin Rusiyaya planşetlər, noutbuklar, televizorlar və digər avadanlılar idxal etmir”, – mənbə qəzetə bildirib.

“Telecom Daily”nin baş direktoru Denis Kuskov qəzetə bildirib ki, bəzi avadanlıqlar hələ də brendin rəsmi mağazasında satılır, lakin bunlar əvvəlki tədarüklərin qalıqlarıdır.

Yeni partiyaların olmaması “Huawei” onlayn mağazasının bağlanmasına səbəb ola bilər.

Qeyd edək ki, şirkət yazda Rusiyaya mobil rabitə üçün baza stansiyalarının tədarükünü dayandırıb.

Kuskovun sözlərinə görə, şirkət öz işçilərini Qazaxıstan və Özbəkistana köçürüb və onlar yaxın gələcəkdə geri qayıtmayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]