“Konkret qərarlar qəbul etməyə hazırıq” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın istənilən vaxt Bakı ilə dialoqa hazır olduğunu bəyan edib. 

Aktualtv.az TASS-a istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla regional kommunikasiyaların açılmasında çox maraqlıdır. 

“Biz 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat əsasında konkret qərarlar qəbul etməyə hər an hazırıq”, – Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

Eyni zamanda o vurğulayıb ki, Ermənistan ərazisində açılacaq kommunikasiyalar İrəvanın tam nəzarəti altında olmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]