Zalsburq Azərbaycan Evində iki ölkənin milli bayramları qeyd edilib

Avstriyanın Zalsburq şəhərində Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə və Avstriyanın Milli Gününə həsr olunmuş tədbir keçirilib.

Zalsburq Azərbaycan Evində baş tutan tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər hər iki ölkənin əlamətdar bayramı münasibətilə Azərbaycan və Avstriya ictimaiyyətini təbrik ediblər, iki dövlət arasında mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq duyduqlarını bildiriblər.

Sonra respublika və beynəlxalq müsabiqələr laureatı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifasında “Bayatı-Şiraz”, “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı Gəlin”, “İncə bellim” kimi Azərbaycan musiqi əsərləri təqdim olunub. Hər əsərin ifasından öncə onların mahiyyəti və yaranma tarixi barədə də məlumat verilib.

Tədbir və konsert proqramı izləricilər tərəfindən böyük maraqla qarşılanıb.

FOTO QALEREYA

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]