Keçmiş icra başçısı vəfat etdi – FOTO

Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov ötən gecə vəfat edib.

Aktualtv.az xəbər verir ki, bu barədə Redaktor.az-a mərhumun yaxınları məlumat verib.

O, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Vidadi Məhərrəmov bu gün doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində dəfn olunacaq.

Qeyd edək ki, Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri, İcra başçısının müavini və nəhayət icra başçısı (2006-2013) olub.

Vidadi Məhərrəmov yeganə icra başçılarındandır ki, əhali arasında hörmətlə qarşılanıb.

Allah rəhmət eləsin!

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]