Mübariz Mənsimov şəhid ailələrinə müraciət etdi-VİDEO

Dünyanın ən böyük gəmi şirkətlərindən biri olan “Palmali Holding”in aldığı 6 yeni gəmidən daha biri Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Elvin Sərraf oğlu Səfərovun adını daşıyacaq.

Bununla əlaqədar, “Palmali Holding”in qurucusu və sahibi, Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov şəhidin ailəsinə zəng edərək xəbəri onlara çatdırıb.

Vurğulamaq lazımdır ki, Şəhid ailələrinə zəng edərək, şəhid övladlarının adlarının gəmilərə verilməsi ilə bağlı valideynlərinin xeyir-duaları alınır. Bu, eyni zamanda, “Palmali Holding”in şəhid ailəsinə göstərdiyi sonsuz sayqının təcəssümüdür.

Digər tərəfdən, “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun şəhid ailələrinə zəng etməsi ilə bağlı videoların yayınlanması adımızdan sui-istifadə edərək şəhid valideynlərini aldadan və bu yolla onlardan külli miqdarda pul alan adamlarla mübarizə aparmaq məqsədi daşıyır.

Xatırladaq ki, “Palmali Holding”in aldığı 6 yeni gəmidən birincisinə 1992-1994-cü illərdə baş vermiş Qarabağ müharibəsi dövründə Laçın uğrunda gedən döyüşlərdə 9 oktyabr 1992-ci ildə şəhid olmuş Əlisuvar Əliheydər oğlu Məmmədovun adı veriləcək.

İkinci gəmi isə 27 sentyabr – 10 noyabrda baş vermiş Vətən müharibəsi zamanı Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda döyüşlərdə snayper olaraq iştirak etmiş, 89 nəfər düşməni “İstiqlal” tüfəngi ilə məhv etmiş, 1 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş Babək Süleyman oğlu Mahmudlunun adını daşıyacaq.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]