Qazaxıstanın Şu şəhərində Azərbaycan Evinin açılışı münasibətilə tədbir keçirilib.
“Azərbaycan” Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə soydaşlarımız, yerli ictimaiyyətin nümayəndələri, eləcə də Qazaxıstanın Almatı, Kurday, Taraz və digər bölgələrindən gələn qonaqlar iştirak etiblər.
Tədbirdə çıxış edən birliyin sədri Alişer Hüseynov və sədr müavini İsmayıl Məmmədov Şu şəhərində Azərbaycan Evinin açılması səbəbindən və önəmindən danışıblar. Bu məkanın ərazidə yazayan bütün azərbaycanlıların bir araya gətirilməsində, daha mütəşəkkil fəaliyyət göstərməsində mühwm rol oynayacağına əminliklərini bildirib, birliyin gələcək fəaliyyət istiqamətləri ilə bağlı planlarını nəzərə çatdırıblar.










