Mübariz Mənsimovun addımı şəhid qardaşını şoka saldı -Video

“Palmali” şirkətinə məxsus növbəti gəmi şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. Bu barədə Aktual TV-yə şirkətdən məlumat verilib.

“Palmali Holding”in sahibi Mübarız Mənsimov şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng edərək, gəmiyə Səbuhi Əhmədovun adının verilməsi xəbərini verib, xeyir duasını aldıqdan sonra İstanbula dəvət ediləcəyini vurğulayıb. Mübariz Mənsimov şəhidimizin adını daşıyan gəmidə xüsusi ayrılmış otaqda onun həyat və döyüş yolunu əks etdirən foto- və videomaterialların yerləşdiriləcəyini bildirib və hazırlıq görülməsi üçün şəhidin qardaşından şəkillər istəyib.

Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov açıqlama verərək, buna hələ də inanmadığını deyib.

“İnana bilmirəm. Mənə hələ Azərbaycanda olan bir iş adamı zəng edib başsağlığı belə verməyib. Mübariz Mənsimova təşəkkür edirəm ki, qardaşıma bu dəyəri verib. Yaxın zamanda gəminin yola salınma mərasimində gedib iştirak edəcəm”, – şəhid qardaşı deyib.

“Palmali Holding” bu yaxınlarda 6 gəmi aldığını açıqıamışdı. Bildirilib ki, həmin altı gəmiyə şəhidlərin adı veriləcək.

Səbuhi Əhmədov 1997-ci il dekabrın 21-də Bakı şəhərində anadan olub. Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və “SOS” Uşaq Evində böyüyüblər. Səbuhi Əhmədov 12 sentyabr Ermənistan və Azərbaycan arasında yaranmış münaqişə şəraitində şəhid olub. O, Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]