Özbək müğənni Müslüm Maqomayevin xatirəsini yad etmək üçün velosipedlə Bakıya gəlib

Özbəkistanın opera müğənnisi Xursand Şerov kumiri olan əfsanəvi müğənni Müsüm Maqomayevin xatirəsini yad etmək məqsədilə velosipedlə 14 min km yol qət edərək Daşkənddən Bakıya gəlib. 

Burada müxtəlif mədəni tədbirlərə qatılan Xursand Şerov Diasporla İş üzrə Dövlət Komitəsində də olub. 

Komitə əməkdaşları ilə görüşündə o, Azərbaycana, onun musiqisinə, xüsusilə də Müslüm Maqomayev yaradacılığına böyük sevgisindən danışıb, Diaspor TV-yə müsahibə verib. Müslüm Maqomayevin xatirəsinə gerçəkləşdirdiyi bu layihənin ərsəyə gəlməsindən, Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diasporu ilə görüşlərindən v’ onların dəstəyindən danışıb.

Qeyd edək ki, “Registan” ansamblının rəhbəri Xursand Şerov artıq 7 ildir ki, Özbəkistan və Azərbaycan bayraqları ilə bəzədiyi velosipedlə dünyanı gəzir və kumirinin mahnılarını ifa edir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]