Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini ARTIRIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin raket silahlarının yaradılması üzrə yeni layihələr həyata keçirdiyini və ilk milli ballistik raket “Tayfun”un uçuş məsafəsini artırmağı planlaşdırdığını açıqlayıb.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“Hazırda 561 kilometr olan “Tayfun” raketinin uçuş məsafəsini artırmağı planlaşdırırıq. Vaxtı gələndə “Cenk” və “Gezgin” kimi raketlərlə bağlı şad xəbərlər verəcəyik”, – deyən Ərdoğan detalları açıqlamayıb.

Yerli media qeyd edir ki, Türkiyə Prezidenti ilk dəfə olaraq eyniadlı ballistik raketin yaradılması ilə bağlı gizli “Cenk” layihəsinin adını açıqlayıb.

“Gezgin” F-16 döyüş təyyarələri və  “Akıncı”da təchiz edilməsi planlaşdırılan qanadlı raketdir. Dağıntı radiusu 275 kilometrdir.

Qeyd edək ki, “Tayfun” raketinin sınaqları Türkiyə tərəfindən oktyabr ayında Qara dəniz üzərində həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]