Xalqa neftdən gələn gəlirlərdən kömək edilsin – TƏKLİF

“2021-ci ilin iyulun 1-nə qədər Azərbaycanda məşğul olan əhali sayı 5 milyon 334 min nəfərdir. Bunun da 1 milyon 720 mini dövlət və qeyri-dövlət sektorunda işləyir. Biz bilirik ki, neft sektorunda 30 min insan işləyir. Əvvəl bu rəqəm 80 min idi. Deyin görək, 3.6 milyon insan haradadır? Neynəyir? Nə işlə məşğul olur?”

Bunu deputat Tahir Kərimli Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Xəzər boyda dənizimiz var, amma balıqçılıq yoxdur. T.Kərimli neftdən gələn gəlirlərdən xalqa kömək edilməsini təklif edib:

“İnflyasiya arta-arta gedir. Bəzi ölkələrdə neftdən gələn gəlirlərdən əhaliyə birdəfəlik yardımlar edilir. Bizdə niyə edilmir? İnternetin, telefonun, hər şeyin qiyməti artır”.

“Unikal”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]